Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bu gün Azərbaycanın Qarabağ bölgəsinə, hələlik rus sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə gələcək.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN açıqlama yayıb.
Bildirilib ki, Ayvazyan hələ də Qarabağda qalan erməni separatçı-terrorçu liderlərlə görüşəcək.
Qeyd edilib ki, 3 yanvarda Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Azərbaycanın axtarışa verdiyi cinayətkar, özünü keçmiş “dqr”in rəhbəri adlandırmaqda davam edən separatçı-terrorçu Araik Arutyunyan da iştirak edib və "Qarabağa humanitar yardım" müzakirə edilib.