Xəbər lenti

Bu gün Gəncədə 1804-cü ildə Çar Rusiyasının müstəmləkiçilik siyasətinə qarşı apardığı döyüşlərdə qəhrəmancasına həlak olan Cavad xanın xatirəsi anılıb. Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Cavad xan Tarix və Mədəniyyət Fondunun Birinci vitse-prezidenti Müzadil Həsənov, Millət Vəkili Naqif Həmzəyev, Gənşə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev iştirak ediblər. Onlar Cavad xanın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Bu il ölkədə tədbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ictimaiyyət nümayəndələri və şəhər sakinləri anım mərasiminə qatılmayıblar.

Tarixi mənbələrdə qeyd olunur ki, Gəncə qalası əlverişli coğrafi mövqedə yerləşdiyindən önəmli rola malik idi. Sırf bu səbəbdən də Çar Rusiyası üçün Gəncə qalasının tutulması əsas hədəflərdən idi. Bir neçə dəfə Gəncə xanlığının hökmdarı Cavad xana təslim olmaq təklif olunur. Hər dəfəsində rədd cavabı alan General Pavel Sisianov nəyahət, 1803-cü il noyabrın 20-də Tiflis istiqamətindən Gəncəyə sarı hərəkətə başlayır. Qoşun dekabr ayında Gəncə qalasına çatır. General Pavel Sisianov müəyyən hazırlıqdan sonra 3 yanvar 1804-cü ildə hücum əmrini verir. Cavad xan oğulları ilə birlikdə Gəncə xanlığının azadlığı uğrunda son damla qanınadək mərdliklə mübarizə aparır və qəhrəmancasına həlak olur.

Cavad xan öz ölümü ilə yüksəldi, qəhrəmanlıq, mərdlik simvoluna çevrildi. Bu gün onun xatirəsi hər bir gəncəlinin, ürəyi azadlıq eşqi ilə döyünən hər bir azərbaycanlının qəlbində, xatirində yaşayır.

Ruhun şad olsun, Xan!

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov