Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Soçidə təkbətək formatda görüş keçiriblər.
Bu barədə Rusiya XİN-in “Twitter” hesabında bildirilib.
Nazirlər prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında davamlı dialoqun və etimadın yüksək səviyyəsinin yalnız ikitərəfli deyil, həm də regional əlaqələrin inkişafı üçün vacib rol oynadığını qeyd ediblər.
Görüş zamanı siyasi dialoq, iqtisadiyyat, mədəniyyət, humanitar mübadilə, dini əlaqələr və turizm sahəsindəki əməkdaşlıqlar müzakirə edilib.
Həmçinin, nazirlər prioritet məsələ sayılan Dağlıq Qarabağ mövzusu ətrafında da fikir mübadiləsi aparıblar.