"Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik".
Bizimaz.az xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov brifinqdə deyib.
O əlavə edib ki, Azərbaycanın Serbiyadakı səfirliyi ilə mütəmadi olaraq əlaqə saxlanılır:
"Serbiya tərəfi bu məsələnin ciddiyyətini anlayır. Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyətdaşıma mövqeyindən azad edilmir. Serbiya tərəfi məsələni araşdıracağını bildirib”.
BAKU.WS