Milli Məclisin sədri Sahibə Qafarova jurnalistləri peşə bayramı münasibətilə təbrik edib.
Bizimaz.az təbrikin mətnini təqdim edir:
“Əsası Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan, daha sonra görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar vasitəsilə təşəkkül dövrünü yaşayan Azərbaycan milli mətbuatı bu gün 145 yaşını qeyd edir. Bu əlamətdar gün münasibəti ilə peşəkar jurnalistləri və mətbuat nümayəndələrini təbrik edirəm!”