Son günlər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın ölkəmizin dövlət sərhəddində hərbi təxribatlar törətməsinə etiraz olaraq bu ölkənin müxtəlif ölkələrdəki səfirliklərinin önündə aksiyalar keçirirlər.

 

Bizimaz.az bildirir ki, BAKU.WS Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, ABŞ-da yaşayan soydaşlarımız da Vaşinqtonda Ermənistan səfirliyinin qarşısına toplaşaraq baş verənlərə öz hiddət və kəskin etirazlarını bildiriblər. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını, erməni təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini, müxtəlif şüarların yazıldığı plakatları tutan soydaşlarımız Ermənistan səfirliyinin önündə Azərbaycanın dövlət himnini oxuyublar.

Aksiya ərzində tədbir iştirakçıları “Yaşasın Azərbaycan!” “Yaşasın millətimiz!”, “Yaşasın dövlətimiz!”, “Yaşasın birliyimiz!”, "Şəhidlər ölməz, vətən bölünməz!" şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını ifadə ediblər.