Xəbər lenti

Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.

 

 

Bizimaz.az xəbər verir ki, hərbiçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində  olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.

 

Sardaryanın etiraflarını təqdim edirik:

 

Sual: Özünüzü təqdim edin.

 

Cavab: Mən, Sardaryan Narek Suren oğlu 18 oktyabr 1990-cı ildə doğulmuşam, Syunik rayonunun Aşağı Xndzoresk kənd sakiniyəm, 2014-cü ildə ailə həyatı qurmuşam, 2 uşağım var, heyvandarlıq və əkinçiliklə məşğul oluram

 

Sual: Sərhədi  nə üçün keçmişdiniz, məqsədiniz  nə idi? 

 

Cavab: Sərhədi əvəllər də keçmək istəmişəm, amma imkanım olmayıb, Naxçıvanla sərhəddə heyvandarlıqa məğul olanda bu imkanı əldə etdim. Çünki Ermənistanda zorakılıqlar, ədalətsizliklər var, mən çox məmurlara, hakimiyyət nümayəndələrinə müraciət etmişəm, lakin kömək etməyiblər. Ona görə mən Azərbaycan sərhədini keçmişəm. Azərbaycan tərəfdən köməklik istəyirəm. Sərhəddə əsgərlər mənə yaxşı münasibətlər göstərdilər, atəş açmadılar.

 

Sual: Sərhəddi necə keçdiniz?

 

Cavab: Heyvanları otara-otara Azərbaycan postuna dogru yaxınlaşdım, hərbiçilər məni vurmasın deyə ağ paltarımı çıxarıb göydə yellədim və hərbiçilər məni saxladılar.

 

Sual: Sizə qarşı hansı haqsızlıqlar olub? 

 

Cavab: Mənə qarşı çox haqsızlıqlar olubdur, kənd icra nümayəndəsi torpaq vergisi ilə yanaşı hər bir heyvan başına 20000 dram pul istəyir. Əslində 2000 dram verməliyik, bizdən zorla rüşvət  olaraq artıq pul alırlar. Heyvan satmaq istədikdə sahə müvəkkili Andranik gələrək onun üçün haqq istəyir. Əks təqdirdə şər ataraq həbs edəcəyi ilə hədələyir.

 

Sual: Naxçıvanla sərhəddə yerləşən Qorayk kəndinin otlaq sahələrinə heyvanları nə üçün gətirmişdiz?

 

Cavab: Gorusda otlaq sahəsi yox idi, Qoraykda isə 2000 hektar otlaq sahəsi üçün məndən 1000 dollar rüşvət aldılar. Sisyan icra orqanına da otlaq sahələrindən istifadə üçün 1000 dollar pul vermişəm.

 

Sual: Ermənistandakı vəziyyət barədə nə deyə bilərsiniz?

 

Cavab: Ermənistanda vəziyyət çox pisdir, demək olar ki, heç bir iş yoxdur, rüşvətxorluq və ədalətsizlik baş alıb gedir. Polisdə rüşvətxorluq çoxdur, əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Syunik vilayəti ərazisindəki otlaq sahələrində Gorusun yol polisinin rəisi Sevak və hərbi komissar Armen səlahiyyətlərindən istifadə edib bütün əlverişli torpaqları zəbt ediblər və bizlərə orada heyvandarlıqla məşğul olmağa imkan vermirlər , həmin əraziyə digər yerli sakinləri buraxmırlar.

 

Sual: Ermənistan ordusunda ümumi vəziyyət necədir?

 

Cavab: Ermənistan ordusunda vəziyyət çox pisdir, heç kim bir-birini qəbul etmir, intizamsızlıq var, bir-birlərinə tabe olmurlar, narkotikadan geniş istifadə edilir. Orduda hərbiçilərin narkotika yetişdirilib satılmasına göz yumulur. Ümumiyyətlə orada polis narkotikadan itifadə edənlərə qarşı heç bir tədbir görmür. Ayrı-ayrı ərazilərdə tiryək və narkotika yetişdirilir, polis zəifdir, mübarizə apara bilmir

 

Sual: Sizin xidmət keçdiyini hərbi hissələrdə hansı qanunsuzluqlar mövcud idi?

 

Cavab: Mən Sərhəd Qoşunlarının Vanadzirdakl 5060 saylı,isə Zəngilan rayonunun Kaşatağ bölgəsindəki 5070 saylı hərbi hissələrdə xidmət keçmişəm, 2019-cu ildə Qubadlı rayonmunda səfərbərlik toplanstısında iştirak etmişəm. Ermənistan ordusunda hərc-mərclik, intizamsızlıq və rüşvətxorluq baş alıb gedirş Səfərbəri toplasında 700 nəfərin iştirakı nəzərdə tutulsa da heç 200 nəfər iştirak etmirdi.

 

Sual: Siz həyatınızın bundan sonrakı hissəsini necə görürsünüz?

 

Cavab: Xahiş edirəm ki, burada mənə vətəndaşlıq verilsin, Ermənistana geri qaytarılmayım, orada bezmişəm, orada insanları çox incidirlər. Olmasa belə xahişim budur ki, məni üçüncü bir dövlətə təhvil versinlər.

 

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov