BMT Baş katibi Antonio Quterreş Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmanı təcili dayandırmağa çağırıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Dyujarrik deyib.
“Baş katib sərhəddə baş verən qarşıdurmadan narahatdır. Cənab Quterreş tərəfləri gərginliyi azaltmağa və təxribatçı çıxışlardan çəkinməyə çağırıb. Bundan başqa, uzun müddətdir davam edən Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həllinin dəstəklənməsinin vacibliyini vurğulayıb”, - Dyujarrik bildirib.