Türkiyə Respublikası Xarici İşlər nazirinin müavini Yavuz Selim Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərə münasibət bildirib.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, siyasətçi “Twitter” hesabında ölkəmizə dəstək nümayiş etdirib.
“Türkiyə bütün imkanları ilə öz ərazi bütövlüyünü qorumaq istiqamətində apardığı fəaliyyətlərdə Azərbaycanın yanında yer almaqda davam edəcək”, - Xarici İşlər nazirinin müavini qeyd edib.