Xəbər lenti

“Paşinyanın addımları Qarabağın itirilməsilə nəticələnəcək” - Rusiyalı ekspert
Qatı ermənipərəst mövqeyi ilə tanınan MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasəti kəskin tənqid edərək bildirib ki, onu da keçmiş prezidentlərin taleyi gözləyir.
bizimaz.az“Svobodnaya Pressa” qəzetinə müsahibə verən Yevseyevin fikrincə, Paşinyan qərb stulunda oturmaqla Ermənistanın beynəlxalq arenadakı mövqeyini dəyişmək niyyətindədir. Lakin buna cəhd edərkən mövcud reallıqları görməzlikdən gəlir və belə bir şəraitdə Rusiyanın hələ də Ermənistanın təhlükəsizliyini təmin etməsini və əvvəlki ölçüdə dəstək verməsini istəyir ki, bu da tamamilə absurd və qəbuledilməzdir.

“Serj Sarkisyan iki stulda əyləşmişdi. Nikol Paşinyan isə başlıca olaraq, qərb stulunda əyləşmək istəyir. Amma bununla belə, Rusiyadan müəyyən imtiyazlar - ucuz təbii qaz, güzəştli şərtlərlə silah almaq istəyir. Və tələb edir ki, Rusiya Ermənistanı müdafiə etsin, onun təhlükəsizliyini qorusun. Əgər istəyirsən ki, səni Qərb dəstəkləsin, onda qoy Dağlıq Qarabağ bölgəsində də səni Qərb qorusun. Qoy Türkiyə qarşısında sənin təhlükəsizliyinlə NATO-nun üzv dövlətləri məşğul olsunlar. Əgər Qərblə daha sıx əməkdaşlığa niyyətlisənsə, təhlükəsziliyinin qayğısına da Qərbdəki tərəfdaşların qalsınlar”, – deyə Yevseyev bildirib. 

Rusiyalı ekspert Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun 2008-ci ilin mart qırğınında ittiham edilməsinə də münasibət bildirərək, bunu Rusiyaya qarşı təxribat kimi qiymətləndirib. Onun sözlərinə görə, Paşinyanın bu davranışları birtərəflidir və Ermənistan konstitusiyasına ziddir: “KTMT-yə üzv olan dövlətlərin əksəriyyəti təşkilatın baş katibi postuna Ermənistandan bir nümayəndənin təyin edilməsinə ciddi şəkildə qarşı çıxırdılar. Xüsusən də Qazaxıstan. Nəticədə uzun müddət bu post boş qaldı. Xaçaturov yalnız böyük çətinliklərdən sonra 2017-ci ildə baş katib təyin edildi. Amma indi Ermənistan rəhbərliyi Rusiya ilə məsləhətləşmədən Xaçaturovu dövlət çevrilişində ittiham edir. Və bütün bunlar Paşinyanın Brüsseldəki NATO sammitinə qatılması, alyansın üzvlərini Ermənistana siyasi dəstəkdən əlavə, lazımi maddi kömək göstərməməkdə ittiham etməsi fonunda baş verir. Aydındır olur ki, Ermənistan rəhbərliyi Rusiyaya əlavə problemlər yaratmağa çalışır.”

Yevseyev Konstitusiyanı pozaraq keçmiş prezidenti həbs edən Paşinyana xəbərdarlıq edib, bildiib ki, o da nə zamansa Koçaryanın yerində ola bilər. “İstənilən hadisə təkrarlana bilər. Əgər Paşinyan Serj Sarkisyanı təzyiq yolu ilə hakimiyyətdən uzaqlaşdıra bildisə, gələcəkdə ona qarşı da analoji vəziyyət yaranmayacaq ki? Oliqarxlarla mübarizə aparmadığı, əksinə bir qrup oliqarxı başqaları ilə əvəzlədiyi aydınlaşanda Paşinyan da eyni bumeranqı alacaq” ,- deyə rusiyalı ekspert bildirib. 

Yevseyev yekunda xüsusilə vurğulayıb ki, cəmi bir neçə aydır Ermənistana rəhbərlik edənlər hansı şəraitdə olduqlarını dərk etmədən qısa müddət ərzində özlərinə böyük zərbə vurublar, ən çox da Dağlıq Qarabağ münaqişəsi baxımından: “Onlar ümumiyyətlə anlayırlar ki, necə bir şəraitdədirlər? Azərbaycan Qarabağda hərbi əməliyyatların bərpasına hazırlaşır. Naxçıvan bölgəsində vəziyyət gərginləşir. Türkiyə də ora aktiv şəkildə cəlb olunur. Ermənistanın sərhədlərində vəziyyət getdikcə daha da pisləşir. Ermənistanı ciddi problemlər gözləyir, hətta o dərəcədə ki, Qarabağı itirə bilər. Əgər fikirləşirlərsə ki, təhlükəsizlik zonasını verməklə Dağlıq Qarabağı saxlamaq mümkün olacaq, hərbi ekspert kimi buna ciddi şübhəm var. Bunun ardınca Qarabağ da bütünlüklə Azərbaycana veriləcək”.

Yevseyev onu da vurğulayıb ki, Qarabağ münaqişəsində Paşinyan hökuməti Rusiyadan heç bir kömək gözləməsin və məsələni dramatikləşdirməsin, çünki bu, Moskvanın problemi deyil. “Ermənistan özü-özünə problem yaradır və nəticələri barədə düşünmür. İrəvan atdığı addımların nələrə gətirib çıxaracağını anlamalıdır.” – deyə rusiyalı ekspert bildirib. 
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov