Xəbər lenti


 

Ədliyyə Nazirliyində Avropa İttifaqının və 15 yaxın dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə "Ədliyyə orqanlarında COVİD-19 infeksiyası ilə mübarizə tədbirləri" mövzusunda videokonfrans formatında görüş keçirilib.
 
Vətəndaş cəmiyyəti nümayəndələrinin də qatıldığı görüşdə məqsəd koronavirus pandemiyasına qarşı görülən tədbirlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, bu sahədə əməkdaşlıq məsələlərini müzakirə etmək olub.
Nazirliyin struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVİD-19 infeksiyasına qarşı aparılan qəti tədbirlərdən bəhs olunub, ədliyyə orqanlarında pandemiya ilə mübarizədə görülən işlərdən danışılıb.
Məlumat verilib ki, nazirlik tərəfindən ədliyyə qurumlarında, xüsusilə penitensiar müəssisələrdə davamlı dezinfeksiya, profilaktik və digər preventiv işlər aparılıb, vətəndaşların müraciətləri və qəbulu işi, əhaliyə göstərilən ədliyyə xidmətləri, habelə beynəlxalq hüquqi yardımın həyata keçirilməsi elektron qaydada təşkil edilib, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqi genişləndirilib. 
Həmçinin, qlobal pandemiya şəraitində Ali Məhkəmənin tövsiyələrinə uyğun olaraq məhkəmələr karantin rejiminə uyğun faəliyyət göstərib. Eyni zamanda, yenilik olaraq qeyri-cinayət işləri üzrə məhkəmə prosessləri onlayn rejimdə videokonfrans formatında da keçirilmişdir. 
Qeyd olunub ki, bu ərəfədə qanunvericiliyinə edilmiş dəyişikliklərlə cinayət işlərində də “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə videokonfransın tətbiqi imkanları yaradılıb. 
Tədbirdə dövlət başçısının əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkumun azadlığa buraxıldığı, həmçinin davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqinin dərhal intensivləşdirildiyi vurğulanıb, BMT və Avropa Şurası tərəfindən eyni tövsiyyələrin bütün dövlətlərə ünvanlandığı qeyd olunub. 
Bildirilib ki, bu humanist institutun şəffaf tətbiqi məqsədilə yaradılmış nazirliyin xüsusi Komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirərək məhkumların işləri öyrənilib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda onlarla söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub. 
Həmin işlərə məhkəmələr tərəfindən təxirəsalınmadan baxılaraq pandemiya dövründə 1.000 nəfərədək  məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.
Görüşdə həmçinin, nazirliyin Tibb baş idarəsi tərəfindən fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan məhkumların, istintaq təcridxanalarına yeni daxil olan həbs edilmiş şəxslərin müayinəsinə xüsusi diqqətlə yanaşıldığı bildirilib. Məhkumların sağlamlığına, tibb, dərman və digər təminatlarına monitorinqlər aparılmaqla gündəlik nəzarət olunduğu, bu məqsədlə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyəti  qeyd olunub.
Bu dövrdə beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının birgə həyata keçirilən layihə çərçivəsində, habelə Beynəlxalq Qızıl Xaç Komitəsinin penitensiar müəssisələrdə COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə öz dəstəklərini əsirgəmədikləri bildirilib. Eyni zamanda qeyd olunub  ki, bu ərəfədə Azərbaycan Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında müvafiq saxlama yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməyə imkan verən Sazişin müddətinin uzadılmasına dair Protokolu imzalanıb və ölkə Prezidenti tərəfindən artıq təsdiq edilib.
Vətəndaş cəmiyyətinin təmsilçiləri Ədliyyə Nazirliyi tərəfindən pandemiyaya qarşı ilk gündən çox ciddi addımların atıldığını, bununla bağlı keçirilən monitorinqlərdə, şərti azadetmə institutunun tətbiqi ilə bağlı Komissiyanın iclaslarında yaxından iştirak etdiklərini söyləyərək bu sahədə görülən işləri, səmərəli ictimai nəzarətin həyata keçirilməsini yüksək dəyərləndiriblər.
Avropa İttifaqının nümayəndəsi görüşün üçtərəfli formatda keçirilməsini təqdirəlayiq olduğunu vurğulayaraq əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib, nazirlik tərəfindən pandemiyaya qarşı görülən tədbirlərə dəstək göstərməyə hazır olduğunu bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
 
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov