Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümüdür.
Bizimaz.az xəbər verir ki, rayon 8 avqust 1930-cu ildə təşkil edilib.
10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb.
İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon - Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb.
Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Rayon Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir.
1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Bir il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir.
7 iyul 1993-cü ildə Ağdərə şəhəri və rayonun bir çox kəndləri işğal edilir.
Qeyd edək ki, hazırda keçmiş Ağdərə rayonunun bir neçə kəndi Azərbaycan Respublikasının nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla ərazilərinin çox hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır.
Ağdərə rayonu ləğv edildikdən sonra Tərtər rayonu inzibati ərazisinə daxil edilən Talış, Seysulan və Madaqiz kəndləri Azərbaycan Ordusu tərəfindən 2017-ci il aprel döyüşləri zamanı işğaldan azad olunub.