Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinə rəhbər təyinatı olub.
Bizimaz.az bildirir ki, Nazirliyin mətbuat katibi İradə İbrahimovanın Modern.az-a verdiyi məlumata görə, Əli Əliyev xidmətin rəis müavini təyin edilib və rəis vəzifəsi ona həvalə olunub.
Bu təyinata qədər Ə. Əliyev uzun illər Milli Geoloji Kəşfiyyat Xidmətində müxtəlif vəzifələrdə çalışıb.
Prezident İlham Əliyevin 23 may 2020-ci il tarixli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Qeyd edək ki, ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Mürsəl Əliyev və rəis müavini Şahmirzə Səfərov dünən vəzifələrindən azad olunub.