Xəbər lenti

 

Mayın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr edilmiş simpozium (onlayn) təşkil olunub.

 

“28 May 1918: Şərqin ilk cümhuriyyəti Can Azərbaycan və geosiyasi əhəmiyyəti” adlı simpozium TADİV sədri, Giresun Universitetinin sabiq rektoru, professor Aygün Attarın moderatorluğu ilə keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici siyasət şurasının üzvü İsmayıl Safi,TÜRKSAM – Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Sinan Oğan məruzə ilə çıxış ediblər.

Məruzəçilər 102 il öncə, mürəkkəb bir şəraitdə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti kimi dünyəvi və demokratik quruluşun yaradılmasını böyük tarixi hadisə adlandırıblar. Bildirilib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın qədim dövlətçilik ənənələrini davam etdirən Cümhuriyyət qurucuları böyük işlər görə biliblər. Azərbaycanın dövlət bayrağının, gerbinin təsis edilməsi, fundamental insan haqlarının təmin olunması, milli ordumuzun, sərhəd dəstəsinin yaradılması, Bakı Dövlət Universitetinin təsis edilməsi, güclü milli kadrların hazırlanması məqsədilə gənclərin xaricə təhsil almağa göndərilməsi və s. buna parlaq nümunədir.

Tədbir zamanı AXC-nin elan olunmasında və fəaliyyətində Türkiyənin rolu yüksək qiymətləndirilib. 1918-ci ilin sentyabrında ordumuzun, Qafqaz İslam Ordusu ilə birlikdə, Bakını erməni-bolşevik dəstələrinin işğalından azad edərək, qədim tarixi paytaxtımızın Azərbaycan xalqına qaytarılması bir daha yada salınıb. Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika olmaqla yanaşı, dünyanı dəyişə biləcək bir dəyər olduğu nəzərə çatdırılıb. Azərbaycanın o dövrdə də, indi də beynəlxalq aləmdə malik olduğu çəkiyə xüsusi diqqət yetirilib, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox fəallıq göstərməyin vacib olduğu bildirilib.

Dövlət Komitəsinin sədri Fuad Muradov deyib ki, xalqımız AXC-nin fəaiyyət göstərməsində Türkiyə ilə qardaşlıq münasibətlərinin böyük rolu olduğunu heç vaxt unutmayacaq və 102 ildən sonra da yenə də qardaş ölkə ilə bir yerdə olmağımız çox böyük lütfdür.

Prezident İlham Əliyevin AXC-nin 100 illiyi münasibətilə ölkədə "Cümhuriyyət ili" elan etməsi, bu yubileylə bağlı təsis edilən medalın Cümhuriyyət varislərinə, o cümlədən Türkiyədə yaşayan varislərə təqdim olunduğu yada salınıb. Komitə sədri Türkiyə dövlətinin Cümhuriyyət varislərinə münasibətini yüksək qiymətləndirib və 2018-ci ildə qardaş ölkədə AXC-nin yubileyi ilə bağlı silsilə tədbirlər keçirildiyini xatırladıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin görkəmli siyasi və dövlət xadimi, Türk dünyasının böyük liderlərindın biri olan Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığı, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə ətraflı məlumat verən komitə sədri Türkiyə-Azərbaycan jurnalının nəşrindən də danışıb.

Komitə sədri COVID-19 koronavirus pandemiyası dövründə Azərbaycan və Türkiyənin birgə hərəkət etməsi mövzusuna da toxunub. O, qardaş ölkədə müvəqqəti çətinliklərlə üzləşmiş azərbaycanlılara Türkiyə hökumətinin diqqət və qayğısını, qardaş ölkədəki diaspor təşkilatlarının Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğu ilə birgə fəaliyyətini qeyd edib.

Pandemiya dövründə Dövlət Komitəsinin gördüyü işlər barədə ətraflı məlumat verən F.Muradov eyni zamanda, xaricdə olan hər bir azərbaycanlıya dövlətimizin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğıdan, dövlətimizin dəstəyilə dünyada yaradılmış Azərbaycan evlərinin bu mərhələdə soydaşlarımızın əsl ocağına çevrilməsindən danışıb. O, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarının roluna diqqəti cəlb edib.

 

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov