Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Bizimaz.az sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı prokurorluq işçilərinə “Əməkdar hüquqşünas” fəxri adı verilsin:
Usubov Rüstəm Sabir oğluna
Əsgərov Namiq Əli oğluna.
Qeyd edək ki, Baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş prokurorun müavini Namiq Əsgərovun təqaüdə göndərilməsi ilə bağlı Prezidentə təqdim göndərildiyi xəbəri yayılıb.
istinad