Baş prokuror Kamran Əliyevin əmri ilə Samux və Gədəbəy rayonlarına yeni prokuror təyin edilib.
Bizimaz.az bildirir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Samux rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Mayıl Hacıyev baş prokurorun əmri ilə bu vəzifəyə təyin edilib.
Əli Babayev isə Gədəbəy rayon prokuroru təyin olunub.
Məlumat üçün bildirək ki, Ə.Babayev bu vəzifəyədək Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər idarəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edirdi.