Koronovirus (COVID-19) pandemiyası ilə bağlı sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan 7 nəfər Azərbaycan, 1 nəfər Rusiya vətəndaşı dəniz yolu vasitəsilə Qazaxıstana yola salınıb.
Bizimaz.az bildirir ki, Bu barədə Axar.az-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən (ASCO) məlumat verilib.
Bildirilib ki, xüsusi karantin rejimində tətbiq olunan yumşalmalar və iki ölkə arasında əldə olunan razılıq əsasında sərnişinlər ASCO-nun “Professor Gül” gəmi-bərəsi ilə ötən gün saat 22:30-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı limanından Kurık limanına göndərilib.
Sərnişinlərin hər biri yola salınmazdan öncə koronavirusa qarşı testdən keçiblər. Həmin şəxslərdə koronavirus aşkar edilməyib. Sərnişinlərin test xərclərini ASCO üzərinə götürüb.