Son günlər yol verdikləri nöqsanlara görə vəzifəsindən azad edilən icra başçılarının həbs edilməsini istəməzdim.
Bizimaz.az xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev Musavat.com-un canlı yayımında bildirib. Deputat qeyd edib ki, maliyyə amnistiyası olmalıdır:
“Hesab edirəm ki, hər bir deputat bu fikirdədir. Bu icra başçılarının həbsi bizə heç nə qazandırmayacaq. Maliyyə amnistiyası olmalıdır. Saxlanılan hər bir icra başçısının qarşısına şərt qoulmalıdır. Onlar yığdıqları mülklər, pullar hesabına fabriklər, zavodlar açmalı, işsiz vətəndaşları işlə təmin etməlidir. Bu günə qədər yığdıqlarını xalq üçün xərcləsin, sərf etsin. Hesab edirəm ki, o icra başçılarının həbsindənsə, bu kimi işlərə cəlb edilməsi daha məqsədəuyğundur”.
Buna baxmayaraq, R.Nurullayev aztəminatlı şəxslərə dövlət tərəfindən verilən kompensasiyaların mənimsənilməsinin bağışlanmaz olduğunu deyib.