Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli RİH-in binasında xüsusi əməliyyat keçirir, əməliyyat zamanı İH-in başçısı Vilyam Hacıyev saxlanılıb.
Bizimaz.az Virtualaz.org-a istinadla xəbər verir ki, İH rəhbəri ilə yanaşı, icra başçısının birinci müavini - Səfa Ağayev, başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseyn İbrahimov, digər müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova, başçının köməkçisi Elman Qəhrəmanov, Hüquq şöbəsinin müdiri Rahim Zaidov, rayon maliyyə şöbəsinin və bir neçə digər idarələrin müdirləri də saxlanılıblar.
Hazırda onların ifadələri alınır. Bundan əlavə, icra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir.