ABŞ Prezidenti Donald Tramp koronavirusdan gözlənilən ölüm sayı ilə bağlı təxminlərini yenə dəyişdirib.
Bizimaz.az“Haber Global”a istinadən xəbər verir ki, daha öncəki açıqlamasında ABŞ-da koronavirusdan ölüm sayının 100-200 min arası olacağını gözlədiyini deyən Tramp, indi isə bu rəqəmin 80-90 minə çatacağını deyib.
ABŞ Prezidenti koronavirusla mübarizənin uğurlu davam etdiyini deyib və karantin tədbirlərinin ştatlarda mərhələli şəkildə aradan götürüləcəyini deyib.
Tramp peyvəndin isə 2020-ci ilin sonlarında hazır olacağını da söyləyib.
Xatırladaq ki, Tramp 30 martdakı açıqlamasında bunları demişdi:
“Biz heç bir şey etməsəydik, 2 milyondan çox insanın ölməsi gözlənilirdi. Amma 100-200 min arası ölüm olarsa, biz yaxşı iş bacardıq deməkdir”.
istinad