Bu kimi əməllərə görə peşmançılıq çəkirik. Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm.
Bizimaz.az xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev deyib.