DTX tərəfindən keçirilən əməliyyat zamanı saxlanıldığı qeyd edilən Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov qeyd edib.
O bildirib ki, M.Mustafayev işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvət Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, bu gün DTX-nın Biləsuvar rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, Məşğulluq Xidmətinin rəisi Mübariz Mustafayev, Mərkəzi Xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, şəhər icra nümayəndəsi Qabil Xammədovun saxlanılması barədə məlumat yayılıb.