Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.
Bizimaz.az xəbər verir ki, hər iki lider başda koronavirus pandemiyası olmaqla, gündəmdə olan məsələləri müzakirə ediblər.
H.Ruhani bildirib ki, İran pandemiya ilə mübarizə edərkən ABŞ-ın maksimum təzyiq göstərməsi düzgün deyil və bu kimi halların davam etməsi beynəlxalq qanunlara ziddir:
“Dünya ölkələri bu vəziyyətə səssiz qalmamalıdır”.
Ərdoğan isə öz növbəsində İran hökumətinin və xalqının bir çox problemlərə baxmayaraq, koronavirusla mübarizəsini müsbət dəyərləndirib.
Türkiyə lideri həmçinin vurğulayıb ki, ABŞ-ın İrana qarşı amansız sanksiyalarının həmişə əleyhinə olmuşuq.
Axar.az