Milli Məclis sədrinin köməkçisi Nigar Qasımova vəzifəsindən azad olunub.
Bizimaz.az-ın məlumatına görə, ikinci dərəcə dövlət müşaviri olan N.Qasımova İcraya nəzarət sektorunun müdiri idi.
Qeyd edək ki, bir müddət əvvəl Füzuli Abbasov da parlament sədrinin köməkçisi vəzifəsindən azad edilib.
Onun yerinə Aqşin Hümmətov təyinat alıb.
F.Abbasov isə Milli Məclisin Analitik informasiya şöbəsinə baş məsləhətçi vəzifəsinə gətirilib.