Milli Məclisin növbəti iclası aprelin 24-də keçiriləcək.
Bizimaz.az bildirir ki, bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
O bildirib ki, gündəliyə 27 məsələ daxil edilib.
İclasın gündəliyinə daxil edilən ilk məsələ İnsan Hüquqları komitəsində Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatıdır.