“Milli Məclisin iclaslarında fasilə verilib havalandırma aparılsın”.
Bizimaz.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Musa Quliyev deyib.
O bildirib ki, koronavirus pandemiyasına görə çıxışlar 10 dəqiqədən 5 dəqiqəyə endirilsin: “Biz bilirik ki, virus qapalı məkanlarda sürətlə yayılır. İclaslarımız 2 saata endirilsin, bu vaxt ərzində müzakirələri bitirməsək, fasilə verilsin və Milli Məclisin plenar iclasının keçirildiyi zal havalandırılsın, dezinfeksiya olunsun, sonra işimizə davam edək. Xahiş edirəm, təklifimi səsə qoyasınız”.
Musa Quliyevin təklifinin lehinə 89 deputat səs verib.