Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən bütün istiqamətlərdə hərtərəfli tədbirlər həyata keçirilir.
Bizimaz.az Trend-ə istinadən bildirir ki, koronavirusla mübarizəyə mənəvi dəstək kampaniyasına Milli Məclis də qoşularaq videoçarx hazırlayıb.
Belə ki, parlamentin sədri Sahibə Qafarova çıxışı zamanı ölkənin polis və gömrük xidməti əməkdaşları, sərhəd qoşunlarının əsgər və zabitləri, virusla mübarizədə ön cəbhədə çalışan həkimlər, tibb bacıları və hərbi-tibb müəssisələrinin bütün tibb işçilərinə təşəkkür edib. Daha sonra Milli Məclisin depuataları pandemiyaya qarşı mübarizədə peşə və vətəndaşlıq borclarını vicdanla yerinə yetirən həmin şəxsləri alqışlayaraq dəstəklərini bildiriblər.
Bundan əlavə, millət vəkilləri ayrı-ayrı sahələrdə layiqli xidmət göstərən bütün şəxslərə təşəkkür ediblər.
Həmin videoçarxı təqdim edirik: