ABŞ senatoru Lindsi Qrem bildirib ki, Çin amerikalıların pandemiyadan ölməsinə və işsiz qalmasına görə məsuliyyət daşıyır.
Bu barədə siyasətçi “Fox News” telekanalına müsahibəsində bildirib.
“Pandemiyaya səbəb Çin hakimiyyətidir. Bu, Çindən yayılan üçüncü xəstəlikdir”, - deyə L.Qrem söyləyib.
Senator təklif edib ki, ABŞ-ın Çinə olan borclarının bir hissəsi silinsin: “Onlar bizə ödəniş etməlidir, biz onlara deyil”.
L.Qrem hesab edir ki, gələcəkdə belə hadisələrin baş verməməsi üçün Çini sərt cəzalandırmaq lazımdır.