Milli Məclisin bu gün keçirilən iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Bizimaz.az-ın məlumatına görə, məsələ səsə qoyularaq qəbul edilib.
Qanunvericiliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vəzifəyə beş il müddətinə təyin edilirlər.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri də beş il müddətinə vəzifəyə təyin olunurlar.
Qeyd edək ki, Elman Rüstəmov axırıncı dəfə Milli Məclisin 2015-ci ilin 3 aprelində keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təsdiq edilmişdi.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevdir. Baş bankir Elman Rüstəmovun müavinləri isə Vadim Xubanov və Aftandil Babayevdir.
Onlar 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri seçiliblər.
istinad