Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla əfv olunan məhkumlar bundan sonra xüsusi karantin rejimində saxlanılacaq.
Bu barədə ATV-də məlumat verilib.
Əfv olunan MTN generalları koronavirus riskinə görə karatinə alınıb. Onlar 9 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin avtomobili ilə çıxarılaraq karantinə aparılıb.
Hər iki general səhhətinə görə əfvin icrası ilə bağlı tədbirdə iştirak etməyib. (Qafqazinfo.az)