Birləşmiş Ştatlar cümə günü bəzi riskli 64 ölkəyə qlobal COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün əlavə maliyyə yardımı edilməsini bəyan edib.
TURAN-ının Vaşinqton müxbirinin verdiyi məlumata görə, Azərbaycan "laboratoriya sistemlərini hazırlamaq, yoluxma hallarını müəyyənləşdirmək, mütəxəssislərə dəstək vermək, hazırlıq təmin etmək və risklər haqqında məlumat vermək üçün" 1.7 milyon dollar dəyərində tibbi yardım alacaq.
Dövlət Departamentinin bülletenində deyilir: "Son 20 il ərzində ABŞ Azərbaycanda təkcə səhiyyə sahəsinə təxminən 41 milyon dollar və ümumi yardım məqsədləri üçün 890 milyon dollardan çox sərmayə qoymuşdur".
ABŞ hökuməti "COVID-19 pandemiyasına cavab olaraq dünyada humanitar və tibbi xidmət göstərir. Bütün lazımi mənbələri həm ölkə daxilində, həm də xaricdə tez bir zamanda cavablandırmaq üçün səfərbər edəcəyik", deyə məlumarda qeyd edilir. -25B-
ABŞ COVID-19 ilə mübarizə üçün Azərbaycana 1.7 milyon dollar dəyərində yardım ayırıb
Vaşinqton/27.20.03/Turan: Birləşmiş Ştatlar cümə günü bəzi riskli 64 ölkəyə qlobal COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün əlavə maliyyə yardımı edilməsini bəyan edib.
TURAN-ının Vaşinqton müxbirinin verdiyi məlumata görə, Azərbaycan "laboratoriya sistemlərini hazırlamaq, yoluxma hallarını müəyyənləşdirmək, mütəxəssislərə dəstək vermək, hazırlıq təmin etmək və risklər haqqında məlumat vermək üçün" 1.7 milyon dollar dəyərində tibbi yardım alacaq.
Dövlət Departamentinin bülletenində deyilir: "Son 20 il ərzində ABŞ Azərbaycanda təkcə səhiyyə sahəsinə təxminən 41 milyon dollar və ümumi yardım məqsədləri üçün 890 milyon dollardan çox sərmayə qoymuşdur".
ABŞ hökuməti "COVID-19 pandemiyasına cavab olaraq dünyada humanitar və tibbi xidmət göstərir. Bütün lazımi mənbələri həm ölkə daxilində, həm də xaricdə tez bir zamanda cavablandırmaq üçün səfərbər edəcəyik", deyə məlumarda qeyd edilir.