Xəbər lenti



Prezident İlham Əliyevin ölkədə koronavirusla mübarizəyə dəstək üçün yaratdığı xüsusi Fonda biznes subyektləri, sahibklarlar tərəfindən ianələrin köçürülməsi kampaniyası sürətlə genişlənir. Bizimaz.az  xəbər verir ki, Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov da prezidentin çağırışına qoşularaq bu kampaniyaya dəstək verib, iş adamının sahibi olduğu “AzNar” QSC həmin fonda 1 milyon manat vəsait köçürüb. Fərhad Əhmədovun bununla bağlı yaydığı bəyanatda deyilir: “Azərbaycan da bütün dünya ölkələri kimi COVİD-19 koronavirus pandemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətlə üzləşib. Ölkə rəhbərliyi qətiyyət və uzaqgörənlik nümayiş etdirərək ölkənin həyat əhəmiyyətli maraqlarının müdafiəsi və onun vətəndaşlarının qorunmasına yönəlmiş preventiv xarakterli kompleks tədbirlər həyata keçirir. Bu gün bütün xalqın səylərinin təhlükəli xəstəliyin yayılmasına qarşı mübarizəyə cəmləşdirilməsi heç vaxt olmadığı kimi zəruridir. O cümlədən bu gün biznesin də sosial məsuliyyət nümayiş etdirməsi heç vaxt olmadığı kimi zəruridir. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin çağırışını dəstəkləyərk T. Əhmədov adına “AzNar” QSC-nin Direktorlar Şurası koronavirusla mübarizəyə dəstək Fonduna 1 milyon manat vəsaitin köçürülməsini qərara alır”. Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Biznesmen Fərhad Əhmədov bundan əvvəl də Azərbaycanda geniş xeyriyyəçilik fəaliyyəti həyata keçirib, o cümlədən manatın iki dəfə devalvasiyaya məruz qalması ilə bağlı yaranan iqtisadi böhran zamanı “AzNar” QSC-nin işçilərinin bütün kredit borclarını ödəmişdi.

Virtualaz.org
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov