Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov həbs edilib.
Bizimaz.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
FETÖ istintaqı çərçivəsində saxlanılan iş adamı barəsində həbs qərarı çıxarılıb. Mübariz Mənsimovla birlikdə saxlanılan Palmali Şirkətlər Qrupunun meneceri Nuray Nurcahan Perker isə sərbəst buraxılıb.
Qeyd edək ki, iş adamı Mübariz Mənsimov bir neçə gün öncə İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılmışdı.