Xaricdə yaşayan azərbaycanlılar koronavirus səbəbindən ölkəyə geri dönmək problemi yaşayan vətəndaşlarımız üçün yardım kampaniyası başladıb.
Bizimaz.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsində səyahətçilərin toplaşdığı və 50 minə yaxın üzvü olan “Gəzəyənlər” qrupunda başladılan kampaniya çərçivəsində Azərbaycana geri dönə bilməyən və qalmaq üçün evi və pulu olmayan vətəndaşlarımıza yardım göstərilir.
Qeyd edək ki, koronavirusun dünyada geniş yayılması ilə əlaqədar Azərbaycan bir neçə ölkə ilə uçuşları dayandırıb.