Sabah keçiriləcək Milli Məclisin növbəti iclasına 18 məsələ daxildir.

 

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu REAL-a iclasın gündəliyinə daxil olan məsələlər barədə danışıb.

1-ci məsələ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman haqqında və normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Qanunu. Bu, ikinci səsvermədir. Birinci səsvermə artıq başa çatıb.

2-ci məsələ

Əmanətlərin tam sığortalanması haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.

Milli Məclisin ilk iclaslarında həmin sessiyanın işlər planı təqdim olunur. Həmin plan müzakirə olunaraq təsdiq olunur.

3-cü məsələ

Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericlik işləri planı haqqında məsələ qanun layihəsi daxil edilib. Bu məsələ müzakirə olunub. Təsdiq olunacaq.

Qalan 15 məsələ, ilk iclasda bütün komitələrin 15 komitənin həm sədrləri, həm də müavinlər seçilib. İndi isə həmin komitələrin üzvləri təsdiqlənəcək. Ona görə digər 15 məsələ 15 komitənin üzvlərinin seçilməsi barədə qanun layihələridir.