“Hazırda işləri elə yoluna qoymuşuq ki, hər an cənab prezidentlə əlaqə saxlayacağam. Xarici İşlər nazirimiz, Milli Müdafiə nazirimiz və Milli Kəşfiyyatın rəhbəri öz həmkarları ilə tez-tez görüşəcək”.
“Hürriyet” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən geri dönərkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada dedyib.
“Bir yerdə çat olan kimi dərhal müdaxilə edəcəyik. Təbii ki, aramızda hər şey yazı ilə olmur, sözlə olanlar da var. Burada qərarlılığımızı təsdiqlədik”, - deyə Ərdoğan bildirib.