Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TC-TUR” markalı xüsusi təyyarə ilə Rusiyaya yola düşüb.
“Anadolu” xəbər agentliyinin məlumatına görə, təyyarə 10:35-də Türkiyədən havaya qalxıb.
“Esenboğa” Hava Limanından dövlət başçısını prezidentin köməkçisi Fuat Oktay, Ankara valisi Vasip Şahin, Ankara Polis rəisi Sərvət Yılmaz və başqa rəsmi şəxslər yola salıblar.
Rusiyaya səfərdə Türkiyə prezidentini Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Xəzinə və Maliyə naziri Berat Albayrak, Milli Kəşfiyyat Təşkilatının başçısı Hakan Fidan, Rabitə naziri Fəxrəddin Altun, Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının katibi Ömər Çelik və Baş nazirin köməkçisi Mahir Ünal müşayiət edəcəklər.