Gürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə yaz tətili martın 2-dən başlayacaq.
Bizimaz.az xəbər verir ki, bununla bağlı Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Qərara əsasən, yaz tətili martın 9-da deyil, martın 2-dən başlayacaq və ayın 16-dək davam edəcək.
Martın 2-dən bütün uşaq bağçalarında da tətil elan olunub. Şuranın digər qərarı ilə ictimai nəqliyyat və uşaq bağçalarında dezinfeksiya tədbirləri gücləndiriləcək.
Gürcüstan universitetlərində də təhsil prosesi dayandırılacaq. Təhsil naziri Mixail Çxenkeli universitetlərə müraciət edərək semester imtahanlarının vaxtının dəyişdirilməsi, bir qədər ertələnməsi ilə bağlı tövsiyə məktubu göndərib.
Artıq Tiflis Dövlət Universiteti bu çağırışa müsbət cavab verib.
Xatırladaq ki, koronavirus yayıldığı ölkələrdə məktəblərdə, universitet və bağçalarda müvəqqəti tətil elan edilib.
Axar.az