ReAL partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasına dəvət olunub.
Bizimaz.az xəbər verir ki, bu barədə İ.Məmmədov özü məlumat yayıb.
"Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq", - o qeyd edib.
Qeyd edək ki, Ə.Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynlə görüş keçirmişdi.
istinad