Rusiya və Türkiyə nümayəndə heyətləri bu gün Ankarada bir araya gələcək.
Bizimaz.az xəbər verir ki, yerli vaxtla saat 16:00-da başlayacaq görüşdə hər iki ölkənin nümayəndə heyəti İdlib böhranını müzakirə edəcək.
Qeyd edək ki, Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Xarici İşlər nazirinin müavini Sergey Verşinin rəhbərlik etdiyi nümayəndə heyəti 3 gündür Türkiyədə səfərdədir. Onlarla danışıqlar aparan Türkiyə nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Sədat Önal rəhbərlik edir.
Heyətlər arasında 26 və 27 fevralda müzakirələr aparsa da, nəticə əldə edilməyib.
istinad