Gürcüstanla Azərbaycan əraizisindəki sərhəd keçid məntəqəsi fəaliyyətini davam etdirir.
Bizimaz.az: BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, sərhəd-keçid məntəqəsi gün ərzində işləyib. Burada qoruyucu maskalardan istifadə edən şəxsləri görmək olar.
Bundan əlavə sərhəd-keçid məntəqəsinin əməkdaşları da qoruyucu maskalardan istifadə edir. Vətəndaşların sözlərinə görə, bəzi hallarda koronavirusa görə yoxlamalar aparılır.
Bir qismi isə ümumiyyətlə hər hansı bir tibbi yoxlamanın olmadığını bildirib. Ümumi götürdükdə isə "Qırmızı Körpü" keçid məntəqəsində vəziyyət normaldır.
Lakin adi günlərdən fərqli olaraq keçid məntəqəsindən Gürcüstana keçmək istəyənlərin sayında azalma müşahidə edilir.
BAKU.WS