Ötən gecə Tbilisidə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib.

 

Bizimaz.az  APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze məlumat verib.

Nazir bildirib ki, həmin şəxslərdən 5-i İtaliyadan qayıdıb, onlardan 1-i İtaliya, digərləri Gürcüstan vətəndaşlarıdır.

Digər beş nəfər isə İrandan qayıdıb. Onlardan 1-i Gürcüstan, 4-ü isə Azərbaycan vətəndaşıdır.