Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında çıxış edib.
“Hürriyet” xəbər verir ki, Ərdoğan dünən Azərbaycan-Ermənistan sərhədində şəhid olan İbrahim Vəliyevdən danışıb:
“Dünən şəhid olan azərbaycanlı İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm. Bir müddət əvvəl şəhid olan qardaşımıza da Allah rəhmət eləsin. Bütün Azərbaycan xalqına başsağlığı verirəm.
Bugünkü görüşlərdə iki ölkə nazirləri vacib müzakirələr aparıblar.
Ötən il qardaşım Əliyev “Dağlıq Qarabağ Azərbaycandır!” deyərək, fikirlərini açıq ifadə edib. Eyni məsələnin altına biz də imza atırıq”.