Sabiq müdafiə naziri Rəhim Qazıyevi döyməkdə şübhəli bilinən kürəkəni tutulub.
Bizimaz.az report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, fevralın 19-da R.Qazıyevə xəsarət yetirən keçmiş kürəkəni Ramil Əzizov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.