Edilən şikayətlərdə əsaslı arqument varsa, biz onu araşdırırıq və müvafiq seçki dairəsində həmin məntəqələrin nəticələrini ləğv edirik.
Bizimaz.az: Bu sözləri Axar.az-a açıqlamasında Mərkəzi Seçki Komisiyyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib.
M.Rəhimov vurğulayıb ki, MSK seçkidən keçən 20 gün ərzində nəticələri Konistitusuya Məhkəməsinə göndərməlidir:
“Konistitusuya Məhkəməsi isə 10 gün ərzində seçkinin nəticələrini təsdiqləməlidir”.
Qeyd edək ki, MSK tərəfindən 4 seçki dairəsi tamamilə ləğv edilib. Tamamilə ləğv edilən dairələrdəki məntəqələr də daxil olmaqla, ümumilikdə 194 məntəqədə seçki nəticələri etibarsız sayılıb.
Nəticələri ləğv edilmiş seçki dairələri:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi – 49 seçki məntəqəsi
- 74 saylı Lənkəran kənd seçki dairəsi - 39 seçki məntəqəsi
- 35 saylı Xətai üçüncü seçki dairəsi – 33 seçki məntəqəsi
- 33 saylı Xətai birinci seçki dairəsi – 39 seçki məntəqəsi
Nəticələri ləğv edilmiş seçki məntəqələri:
34 saylı Xətai ikinci seçki dairəsi - 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçki məntəqələri.
79 saylı İmişli seçki dairəsi - 14, 16, 21, 23 və 25 saylı seçki məntəqələri
123 saylı Kəlbəcər seçki dairəsi - 16 saylı seçki məntəqəsi
32 saylı Suraxanı üçüncü seçki dairəsi - 4, 8 və 9 saylı seçki məntəqələri
9 saylı Binəqədi ikinci seçki dairəsi - 31 və 35 saylı seçki məntəqələri
29 saylı Səbail seçki dairəsi - 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələri
30 saylı Suraxanı birinci seçki dairəsi – 1, 12, 14, 16 və 18 saylı seçki məntəqələri
90 saylı Ağdaş seçki dairəsi - 6 və 7 saylı seçki məntəqələri
47 saylı Mingəçevir seçki dairəsi - 9, 17 və 21 saylı seçki məntəqələri.