Vaşinqton Moskva və Dəməşqi Suriyanın şimal-qərbindəki situasiyanın eskalasiyasında ittiham edib.
Bizimaz.az : Axar.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Kelli Kraft deyib. O, ABŞ-ın Ankaranın fəaliyyətini dəstəklədiyini bildirib:
“Biz Rusiya nümayəndə heyətinin Türkiyəni ittiham edən bəyanatını inkar edirik. Suriyanın şimal-qərbindəki hərbi kampaniyanın keçirilməsi və təşkilinə görə məsuliyyəti Türkiyənin yox, Əsədlə Rusiyanın daşıyacağına dair heç bir şübhə yoxdur. Biz Türkiyənin, NATO üzrə müttəfiqimizin qanuni maraqlarını dəstəkləyirik”.