Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın panel müzakirələri Ermənistanda şok effekt yaradıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, erməni mediası Nikol Paşinyanın səriştəısizliyi və qeyri-peşəkarlığı nəticəsində Azərbaycan liderindən ağır zərbələr aldığını şərh etməkdədir.
Erməni KİV-lərində yer alan sitatlardan bəzilərini diqqətinizə çatdırırıq:
- “Münhendə hər şey açıq-aydın bəlli oldu: oyun qaydalarını kim diktə edirdi, kim isə ağ bayraq qaldırmışdı”.
- “Paşinyan özünə yer tapa bilmirdi. Çıxışı boyu hərarətlə əl-qolunu oynadırdı. İzləyicilər üçün gülməli personaja çevrilmişdi”.
- “Paşinyan çox sönük və özünü itirmiş görünürdü. Sanki dərsini oxumamış tələbədir. İlham Əliyevdən qorxduğu açıq-aydın görünürdü”.
- “Erməni xalqını yetəri savada və psixoloji dayanıqlığa malik olmayan insanın təmsil etməsi üzücüdür”.
- “Paşinyan sadəcə müzakirəyə hazır deyildi və hiss edilirdi ki, boş demaqoqluqdan savayı deməyə sözü yoxdur”.
- “İlham Əliyev müzakirənin predmeti ilə bağlı öz mövqeyini qəti şəkildə ortaya qoydu: “Azərbaycan xalqı Şuşaya və digər işğal olunmuş bölgələrə qayıtmalıdır”.
- “Daha bir vacib məqam: İlham Əliyev bir daha qeyd etdi ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Paşinyansa öz növbəsində buna veriləcək bir cavab tapmadı”.
- “Paşinyanın göstərdiyi “şou” erməni xalqına ağır psixoloji zərbə oldu”.