Amerikalı-İsrailli professor Brenda Şaffer Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında “Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir” bəyanatını şərh edib.

 

Bizimaz.az  “Report”a istinadla xəbər verir ki, bunu professor öz “Twitter”səhifəsində yazıb.

“Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağın Ermənistandan ayrı bir subyekt olduğunu deyirsiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda hərbi xidmətə gedib?”, - B.Şaffer bildirib.

Qeyd edək ki, Brenda Şaffer Corctaun Universitetinin professorudur. O, xarici siyasət və energetika siyasəti üzrə mütəxəssisdir. Həmçinin professor Massaçusets Texnologiya İnstitutunda (MIT) nəşr edilmiş “Sərhədlər və qardaşlar: İran və azərbaycanlı kimliyinin formalaşması" kitabının müəllifidir.

BAKU.WS