İsrail mediası Qüdsdə erməni mühacirlərlə türk turistlər arasında uzun müddətdir yaşanan gizli qarşıdurmadan yazıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, Qüdsdə ermənilərin kompakt yaşadığı kiçik rayonlar mövcuddur və onlar bu ərazilərdə uzun müddətdir ağalıq edirdilər. Amma Qüdsdəki məscidlər tarixi abidələr siyahısına daxil edildikdən sonra şəhərə yüzlərlə türk turist gəlib.
“Bundan sonra ermənilərin bəzi rayonlardakı ağalığına son qoyuldu. Əvvəllər ermənilər öz yaşadıqları rayonlarda müəyyən ermənipərəst tədbirlər keçirir, qondarma soyqırım mövzusunu gündəmdə saxlayırdılar. Türklər buna son qoydu. Qondarma soyqırım posterləri şəhərin hər yerindən götürüldü. Onların yerinə isə ermənilərin vəhşilik və ikiüzlülüyündən bəhs edən sözlər yazıldı və “Yerinizi bilin!” qafitisi yarandı”, - İsrail mediası yazıb.
İsrail mətbuatı bu gizli savaşın bir ildən çoxdur davam etdiyini və türklərin effektli olduğunu qeyd edib.