Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.
Bizimaz.az: Oxu.Az-ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, 80 sayı İmişli-Beyləqan Seçki Dairəsinin seçki məntəqələrində pozuntu faktlarına dair müraciətlər daxil olub.
O qeyd edib ki, ekspert qrupu müraciəti araşdırıb və 49 seçki məntəqəsindən 29-da pozuntuların olmasına dair qərara gəlib.
“Qərar layihəsində bildirilib ki, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilsin”, - deyə A.Muxtarova məlumat verib.
İclasda müvafiq seçki dairəsində seçkilərin nəticələri ləğv edilib.
Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, Çingiz Qənizadə həmin dairədə lider namizəd idi.